Haqqımızda

Elfim Avto 1995-ci ildən bəri avtomobil ehtiyat hissələri sektorunda fəaliyyət göstərir. Biz Brisk, Narva, Philips, Torchun və Grefin Azərbaycanda rəsmi dileriyik. Peşəkar komandamız əsas olaraq avtomobil şamları, avtomobil lampaları və salniklər sahəsi üzrə ixtisaslaşmışdır. Həmçinin siz Elfim.az veb səhifəsindən və ya mobil tətbiqimizdən istifadə edərək müştüklər, naqillər, qoruyucular, pompalar və babinlər kateqoriyasına aid istənilən məhsulu sifariş edə bilərsiniz. Sifariş qaydaları ilə bağlı saytımızda ətraflı məlumat mövcuddur.

Brisk firmasının tarixi 1935-ci ildən başlayır və yarandığı gündən adı keyfiyyət sözü ilə qoşa çəkilib. Zavodun istehsalı olan şamlar müxtəlif illərdə “BRITA”, “CÍL”, “PAL” və “ISKRA” brendləri altında şöhrət tapıb.

  • 1935: BRITA adı ilə Taborda qurulub.
  • 1940: Şirkət Almaniyanın OHM Keramische Werke şirkəti tərəfindən idarə olunub, istehsal hərbi məqsədlərə xidmət edib.
  • 1946: Firma, Aviasiya şirkəti olan PAL ASC-nin idarəetməsinə verildi.
  • 1948: Şirkət Tabor şəhərində rəqibi olan CÍL ilə birləşdi.
  • 1953: Keramik izolyatorlu qığılcımlı şamların istehsalında ixtisaslaşmış JISKRA müstəqil milli müəssisəsi həmin şirkətin əsasında təşkil olundu.
  • 1960: Şirkətin məhsulu PALTEST diaqnostik alətləri və təyyarə üçün aşağı gərginlikli alovlanma sistemləri ilə genişləndirildi.
  • 1975: Texniki və elektrotexniki keramika istehsalına başlanıldı.
  • 1992: BRISK Tábor səhmdar cəmiyyəti JISKRA dövlət müəssisəsinin varisi kimi yaradıldı və özəlləşdirildi.
  • 1994: ISO 9001 sertifikatı alındı, egzoz emissiyalarının ölçülməsi üçün diaqnostika vasitələri istehsal olunmağa başlandı.
  • 1995: Şirkətin özəlləşdirilməsi tamamlandı.
  • 1996: ŠKODA AUTO a.s. ilkin istehsalında yanacaq şamları və sürət sensorlarının istehsalına başlanıldı.
  • 1997: ŠKODA AUTO a.s. üçün Brisk şamlarının 100% həcmi konveyerə təchiz olundu.
  • 1998: QS-9000 və VDA 6.1 sertifikatı alındı. Şirkət VW-nin ən yaxşı təchizatçılarından biri seçildi.
  • 2000: EMS - ISO 14 001 sertifikatı alındı.
  • 2001: AvtoVAZ və OAO GAZ üçün konveyerə yanacaq şamları təchiz edildi. OE Lamborghini üçün konveyerə yanacaq şamları verildi.
  • 2002: VW üçün sensorların konveyerə verilməsi həyata keçirildi.
  • 2003: ISO / TS 16949 sertifikatı alındı.
  • 2004: GM və SEAT üçün ilkin istehsala yanacaq şamları təchiz edildi. Volvo Powertrain konserni üçün konveyerə şamlar göndərildi.
  • 2005: ABŞ-da avtomobil şamları istehsal etmək üçün “Nologiya” adlı yeni zavod tikildi.
  • 2006: Ing. Mojmir Capka BRISK Tábor a.s.-nin 100% sahibi oldu.
  • 2007: VW üçün innovativ yanacaq şamı DOX15LE-1 istehsal olundu.
  • 2009: Mərkəzi və yan elektrodların mis içlik ilə yeni istehsal xətti istifadəyə verildi.
  • 2010: Brisk, AvtoVAZ üçün konveyer bazar payının 100%-ni aldı. VW mühərrikləri üçün start-stop sensorlarının serial istehsalına başlandı.
  • 2012: “HELIOS Green” yeni informasiya sisteminin tətbiqinə başlandı.
  • 2014: Audi üçün konveyerə ESD sensoru istehsalına başlanıldı.
  • Azerlamp@gmail.com

Ana səhifə